Sarokinin buz dövrü və ya “iyrənc” yazıçı haqqında ətirli qeydlər
İlahi insanı, qanadlı şəkildə yaradıb,
yalnız duyğularla,
səssiz-sözsüz danışmaq üçün yardıb.
Vaqif Bayatlı Odər
Proloq
Yəqin ki, cəmiyyətin azsaylı, müəyyən bir təbəqəsi istisna olmaqla Soljenitsindən sonra Azərbaycanda tanınan ikinci bir rus yazıçısı tapmaq çətin olar. Baxmayaraq ki, rus xalqı zamanın hər kəsimində dünya ədəbiyyatına öz töhfəsini verib, bununla belə yaxın illərdə bizim oxucunun məsəl üçün V. Sorokini tərcümədən oxumaq ehtimalı sıfırın altındadır. Onun əsərlərində bir qayda olaraq incə duyğularla, erotikayla pornoqrafiyanın sərhəddi itir, onun yaradıcılığında həyatın dibində yer alan səhnələr üzə çıxır, hər şeyi çılpaqlığı ilə verə bilir. Hər şeyi öz adı ilə verir və bunu elə məharətli şəkildə bacarır ki, vasvası oxucu davam gətirməyib qaytara da bilər. Sevinc Pərvanəni, Qan turalını, Seymur Baycanı eləcə də məni (təvazökarlıqdan uzaq oldu deyəsən ) əsərlərimizdəki açıq-saçıqlığa, seksuallığı qabartmaqda ittiham edən tərəflər Sarokini oxusalar əlləri üzlərində qalar. Əminliklə deyə bilərik ki, bizim yazarlarımız nə qədər açıq-saçıq olsalar belə hələ bizim ədəbiyyatda bu cür açıq pornoqrafik səhnələrlə zəngin bədii əsərlər yazılmayıb. Yəqin bizim cəmiyyət buna hazır deyil və biz də bu hazırsızlığı nəzərə alaraq romandakı pornoqrafik səhnələrin üstündə hiss edilmədən keçəcəyik.
Davamı...

