Koprofilik
Kim deyirsə “pul əl çirkidir” yalan deyir, inanma ona. Sidik kisəndə, bağırsaqlarında yığılıb qalmış tullantını tullamaq özü belə pul tələb edir. Kim bilir ki, enerjidaşıyıcılarının qiymətlərinin qalxmasından 24 saat keçməmiş Bakının plasmast lövhələrdən düzəldilmiş “Ağ ev”ləri qiymətləri nə qədər qaldırıb, bağırsaqlarımızı kəsib doğrayan sancıdan yaxa qurtarmaq üçün neçə manat ödəməliyik? Tualetin girişində quraşdırılmış balaca köşkdə əyləşmiş yastıboy, uzun bozumtul şalla boyun-boğazını, başını bərk-bərk sarımış, acıqlı baxışlarında “poxunun üstündən su tök!” sözləri apaydın oxunan rus qadına irgənə-irgənə uzatdığın pulu geri qaytarıb deyəcəkmi ki, tualetin qiyməti qalxıb, filan qədər də verəcəksən? Onsuz da əsəbiliyi al çöhrəsindən oxunan bu qadına nə deyəsən, cibindəki sonuncu qəpik-quruşu da tualetəmi, yoxsa bir -iki gilə siqaretəmi verəsən? Bir dəqiqə də dayanmaq olmaz, bir baş evə deyib bədənini gərirsən...
***Metrodan çıxanda hava təzə qaralmışdı. Getdikcə qələbəlik seyrəlir, metrodan uzaqlaşdıqca camaat azalırdı. Arabir qarşısına çıxanları nəzərə almasa demək olar ki, küçə bomboş idi. Qapıdan içəri girən kimi özünü tualetə atacaqdı, bircə dua edirdi ki, tualetdə heç kəs olmasın. Yoxsa, özünü idarə etmək çətin məsələ idi. Yox, daha irəliləmək olmaz. Iradənin buna iynənin ucu boyda da dəxli yoxdur, iradəli olduğunu əsgərlikdə saatlarla yaş çəkmədə qaravul çəkdiyi zaman, vətən uğrunda birinin ən azı on min ABŞ dolları qiyməti olan böyrəklərini qurban etdiyi zaman sübut etmişdi. Indi vətən də səxavətini göstərərək yamyaşıl meşələrindən bir kol verib şəstlə -“al, halal xoşun olsun, işə dibinə nə qədər istəyirsən”- deməliydi. Bildiyi qədəriylə yol boyu bir də qarşısına plasmast lövhəllərdən düzəldilmiş gəlinlik libası kimi bəmbəyaz tualet çıxmayacaqdı, heç qarşısında büzüşüb oturmuş rus qadına gözünün ucu ilə də baxmadan cəld kabinaya soxular, işini görüb qurtarandan sonra qəziyyəni başa salardı. Kəndlə şəhərin fərqi ondadır ki, kənddə gündəlik siqaret pulun olmalıdır, şəhərdə isə həm də tualet pulun.Qasığındakı ağrılar daha da kəskinləşmişdi. Indicənə qarnı yarılıb nəsə ağır bir şey yerə-ayaqlarının arasına düşəcəyindən ehtiyat edirmiş kimi, baldırlarını sıxdı, evə hələ var idi. bəlkə də qadınlar doğuş zamanı təqribən bu cür hərəkətlər edirlər. Bir az dərindən düşündükdə evə tez çatmaq özü də problemdən çıxış yolu deyildi. Qonaq qaldığı evə daxil olar olmaz tualetə soxulması ilə özü haqda mənfi rəy yarada bilərdi. Gərək içəri keçəndən sonra evdəkilərlə salamlaşıb keçib bir qıqarqda əyləşərək sənə olan diqqətin səngiməsini gözləyəsən, sonra isə aradan sivişib özünü verəsən tualetə. Hər halda başqa cür davranmaqla da müsbət nəticə əldə etmək mümkünsüz idi. Ona elə gəlirdi ki, hər kəsin müəyyən dua limiti var- qızıl balıqdan üç dilək diləmək kimi bir şey- o limiti keçdinmi duaların qəbul olmaz, həm də israfçılıq edərək duaları hər boş bekara, bivec istəklərə sərf etmək də olmaz, səbrlə öz zamanını gözləyərək lazımı vaxtda, ən əlacsız anlarda dualardan yararlanmaq lazımdır. Indi neyniyəsən, “ay, allah özün mənə kömək elə, bir tualet yetir mənə” deyərək uzun illər səbrlə həyati vacib məsələlər üçün qoruyub saxladığın duaları indi bu cür ağılsızlıqla və çox bəsit şeyə sərf edəsən? Həmişə belə olur, elə bil dua edib yalvar-yaxarla nəsə dilədiyin yaradan sənlə dalqa keçir, hər dəfə səni şansını bu cür bəsit şeylərə sərf etməyə məcbur edir. Bir az irəlidə- təxminən beş metr aralıda - səkinin kənarında üçbucaqlı, ya da dördbucaqlı formasında əkilmiş bir neçə şam ağacı var idi. Arxaya boylandı, kimsənin olmadığına əmin olduqdan sonra özünü şamlığa verib qədim dini ayin yerinə yetirirmiş kimi üçbucaq və ya dördbucaqlının ortasında dayandı. Əlini aşağıya aparıb şalvarının düymələrini açaraq ətrafa göz gəzdirdi. Artıq gec idi...bayaqdan bəri tarım gərilmiş tənasül orqanı ətrafı əzələlər açıldı, ilk sidik damlaları kanalın divarlarını yarıb ağrı verərə-verərə fəvvarə vurub ətrafa, ayyaqqabılarına çırtlayaraq ağacın gövdəsinə dəyib üzü aşağı süzülərək ayaqlarının arasında köpüklənirdi. Yaxınlıqdakı dükanın böyük işıqlı vitrinin qarşısında əllərini belinə qoyuq şəstlə dayanmış qadının bayaqdan onu süzdüyünü bilsə də artıq utanmaq və şalvarının düymələrini bağlayıb daban əlli altı deyibən ordan uzaqlaşmaq imkanı xaricində idi. Utandığından başını aşağı dikib qadını görmürmüş kimi işinə davam edərək gözucu onu baxırdı. Qadın hələ də ona zillənmişdi. Tövbə edərək böyük bir günahdan təmizlənib yüngülləşirmiş kimi bir şüylər hiss edirdi böyrəkləri boşaldıqca. *** Səhərlər işə gedərkən metronun qələbəliyindən, loru dillə basabasından istifadə edərək qadınları əlləşdirib sürtünməklə cinsi ehtiyaclarını ödəyən Bakıya işləməyə gəlmiş bir nəfər cavan oğlan kəndlərinə qayıdarkən şəhərdəki vəziyyəti soruşan dostlarına; - “mertoya girdinmi, ürəyin kimi istəyir yaxınlaşıb əlləşdirə, öpə bilərsən gözünün üstündə qaşın var deyən də yoxdur”-deyir. Cavanlardan biri bu həvəsə səhəri yollanır Bakıya, günorta vaxtı metroya girib görür ki, bomboş vaqonun küncündə bir xanım dayanıb. Düşünmədən yaxınlaşıb qızın dalına əl atır, üzünə dəyən şillədən tövrünü belə posmayan cavan irişərək qıza : -“nədi, basabas hələ başlamayıb”-deyə sual edir?*** Təzə eşitdiyi lətifəyə gülə-gülə şalvarını düymələyib düşündü; bəlkə həqiqətən də bütün şəhər qadınları əllərini belinə qoyub bir cavanın onlara yaxınlaşıb yanbızlarına əl atacaqlarını gözləyirlər? Bir də gözucu vitrinin önündə dayanmış qadına baxıb qeyri-iradi lətifədəki cavana haqq qazandırdı. Amma bəraehtiyat qəfil şillənin qarşısını almaq üçün yaxınlaşıb ilk öncə nəsə deməli idi. Dodaqaltı başında quraşdırdığı bir-iki cümləni təkrarlayıb dükana sarı yaxınlaşdı. Şüşənin arxasında bəyaz işıqların fonunda dayanmış tünd narıncı çöhrəli maniken hələ də əlləri belində sual dolu nəzərlərlə şamlığa zillənmişdi.