“Möhsün, oğlumuz böyüyəndə meyxana deyən olar, hə?”. Bu sözləri dolanışıq üçün əyalətdən Bakıya gəlmiş, burada kirayədə yaşayan kiçik bir ailədə axşam vaxtı tv - də gedən meyxana şousunu izləyərkən arvad ərinə deyir.
Bu əsərdən parça deyil. Bu olmuş hadisədir. Bakıda tələbə olan bir yoldaş kirayənişin qonşusundan eşidib. Türklər demiş istəmədən qulaq müsafiri olub.
Davamı...
1 May yürüşlərində
öldürülənlər üçün
Bakının küçə itlərinin son sığınacaq yeri olan İşıqlı dərənin fosfor tərkibli sənaye tullantıları ilə zəngin olduğuna görə gecələr işıq saçmasından itlərin xəbəri yox idi. Bütün günü zibilxanalarda eşələnən, şəhərin adamların daha az göründüyü küçələrində dolaşıb yemək axtaran bu kimsəsiz, sərgərdan itlər hər axşam buraya, İşıqlı dərəyə toplaşır, ulduzlu səma kimi qaranlıqlar arasından süzülən işartıların yaratdığı əsrarəngiz mənzərədə - sanki göylərin əlindən ulduzları alıb İşıqlı dərəyə səpələmişdin - Xalitin alovlu çıxışlarını dinləyirdilər.
Davamı...Məntəqə sədri onu ağ atlı oğlan həsrətiylə gözləyirdi. Elə o özü də arxasınca bir yığın duman buraxaraq 1970 - ci il buraxılışlı “İJ” motosikletində ağ atlı oğlan təki çaparaq gəlirdi. Uzaqdan motosikletin uğultusu eşidiləndə məntəqə sədri bayıra çıxıb artırmada toz – duman qalxan tərəfə boylana – boylana siqaret tüstülətməyə başladı.
Motosiklet məntəqənin qarşısında dayanar – dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı. Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Onun bu düşük Fransız dili müəllimindən heç xoşu gəlmirdi. Məktəbdə də onunla çox nadir hallarda ünsiyyət qurar, çox vaxt qəbuluna buraxmaz, tez – tez dərslərinə yoxlama göndərər, hər il dərs saatlarını bir az daha azaldıb indi doğum yatağında inləyən gəlininə verərdi. Zatən kənddə cəmi iki Fransız dili müəllimi var idi.
Davamı...Aytmatov cəsarəti
Hələ orta məktəbdə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanından “Manqurt əfsanəsi”lə bağlı hissəni oxumuşdum. Kitabı tam oxuyana kimi mənə elə gəlirdi ki, roman həmən bu manqurtdan, juanjuanlardan, Ana Beytdən, qədim qazaxların həyatından bəhs edən bir əsərdir. Əsəri bitirəndən sonra məlum oldu ki, “Manqurt əfsanəsi” romanın cəmi 20-30 səhifəsini əhatə edir. Bununla belə bu əfsanə, romanın manqurt hissəsi dildən-dilə dolaşır, Çingiz Aytmatov adı ilə yanaşı işlənir. Bəlkə də Çingizin ən ədəbi uğurlarından biri bu kiçicik bir hissə ilə özünə məşhurluq qazana bilməsidir.
Məncə bunun başqa səbəbləri də var; bu əfsanənin uydurmadan çox real hadisəyə bənzəməsi, hadisələrin orta əsrlərdə baş verməsi(insanlarda orta əsrlərə dair xüsusi bir maraq var), bu hadisədə insana uyqulana biləcək cəza vasitələrinin ən qəddarının verilməsi, “manqurt” ifadəsinin özünün tarixi, psixoloji, sosioloji, çalarlarının olması.
Davamı...Elə bilirsiz mən dəliyəm? Ya da mənim başıma hava gəlib? Axı məni niyə gətirib bu sarsaq dəlixanaya salmısınız? Burda heç adamla düz - əməlli salamlaşmırlar da. İçəri girmişəm, əl verib görüşmək yerinə sizin o qolları arxaya sarınan iyrənc xalatınızı əynimə geyindirirlər. Məni burda uzun müddət saxlamaq fikriniz varsa heç olmasa icazə verərsiz kitablarımı bura gətirdərəm.
Nə istəyirsiz axı məndən? Nədə günahkaram? Mən axı dedim sizə ona xəbərdarlıq etmişdim. O isə mənim xəbərdarlıqlarımı dinləmədi, hətta bir - iki dəfə məni təhqir də etdi, hədələdi. Bəs bu məmur özbaşınalığı deyilmi? Göt boyda idarədə mirab – qədimdə su işlərinə baxanlara deyərdilər – işləyir, amma digəl ki, öz hoqqabazlığı ilə beş binanın camaatını daşşağına sarıyıb.
Davamı...
O da digər rəfiqələri kimi danışa - gülə gəlirdi. Qiyafəti qadınsayaq olmasaydı məktəbli qızlardan seçilməzdi. Balacaboy idi. Rəfiqələrinin ən balacası. Maraqla ətrafı seyr edə - edə gəlib bizim sinif otağının qarşısında dayandılar. Tədris hissə müdiri Taleh müəllim də onların yanında idi və arada qızların gözlərindən yayınıb oğrun – oğrun əndamlarını süzürdü.
Biz də dəhlizdə ora – bura qaçmağı buraxıb onları seyr edirdik. Balacaboy qızcığaz hər kəsi cəzb eləmişdi. Ən çox ondan danışırdıq. Tarım çəkilmiş cins şalvar əndamında çox şux qalırdı.
Zəngdən sonra sinfə daxil olan oğlanlar qapının kandarında dayanmış qızları süzür, ya da söz atıb sonra içəri keçirdilər.
Davamı...